Cədvəl Qeydiyyat

GƏNC FEST

"GəncFest" Ümumilli Lider Heydər Əliyevin 22 sentyabr 1993-cü il gənclərlə ilk görüşü və Azərbaycan Gənclər Siyasətinin 30 illik yolunun nümayişinə həsr olunub. Festivalda 23-26 noyabr tarixlərində 4 gün ərzində gənclər üçün nəzərdə tutulmuş təlimlər təşkil ediləcək ki, gənclər bu təlimləri uğurla tamamladıqdan sonra xüsusi sertifikat əldə edəcəklər. Bundan əlavə festivalda əyləncəli konsert proqramı təşkil ediləcəkdir.

AVROPA OYUNLARI PARKI (EUROPEAN GAMES PARK)

Bakı Su Idman sarayı ərazisində yerləşən Avropa Oyunları Parkı 2015-ci ildə təşkil olunmuş məşhur Avropa Oyunları da daxil olmaqla müxtəlif növ tədbirlərə ev sahibliyi etməklə beynəlxalq nüfuz qazanmışdır. Bakının mərkəzində yerləşən Avropa Oyunları Parkı ən müasir standartlara cavab verən təsisləri və gözoxşayan yerləşməsi ilə "GəncFest" üçün ideal bir məkandır.

Məkan

TƏLİMLƏR

Fiziki hazırlıq standartları

Təlimin məzmunu normativ tələbləri müxtəlif yaş qrupuna aid gənc nəslin həftəlik hərəkət fəallığını özündə əks etdirir. Həftəlik hərəkət fəallığı mövcud normativlərin yerinə yetirilməsinə sərbəst şəkildə zəruri hazırlığı keçmək, fiziki keyfiyyətlərin inkişafı, sağlamlığın qorunması və möhkəmləndirilməsi üçün müxtəlif hərəkət fəaliyyəti növlərinin minimal həcmini nəzərdə tutur.

Debat

Özündə mübahisə, müzakirə, ziddiyyət, hər hansı bir toplantıda ictimai mövzularla bağlı müzakirəni birləşdirən çəkişmə fəaliyyətidir. Debat interaktiv və müxtəlif əks tərəflərin təmsilçilərindən ibarət müzakirə metodudur. Debatda məntiqi davamlılıq, faktların dəqiqliyi və auditoriyaya emosional müraciət inandırma üçün mühüm rol oynayır və məsələni daha üstün kontekstdə və çərçivədə, daha mahircəsinə əsaslandıra bilən tərəf digərini üstələyir. Gənclər Festivalında Debatlar “Bərpa Olunan Enerji”, “Nüvə Enerjisi”, “Su Çatışmazlığı”, “Texnologi İnnovasiyalar” kimi ekoloji mövzularda keçiriləcək.

Effektiv komanda işi üzrə təlim

Gənclər üçün komanda işi təlimi gənc fərdlərə əməkdaşlıq bacarıqlarını inkişaf etdirməyə kömək etmək üçün hazırlanmışdır. Bu, adətən, gəncləri birlikdə səmərəli işləməyə təşviq edən interaktiv fəaliyyətləri, qrup layihələrini və ünsiyyət təlimlərini əhatə edir. Məqsəd gəncləri həm akademik, həm də real dünya şəraitində inkişaf etməyə hazırlamaq, komanda işi, problem həll etmə və insanlarla ünsiyyət bacarıqlarını aşılamaqdır.

Yanğın təhlükəsizliyi üzrə təlim

Yanğın və fövqəladə hallar zamanı müxtəlif avadanlıqdan və yanğınsöndürmə ləvazimatlarından düzgün qaydada istifadə edilməsi üçün nəzərdə tutulan təlim növüdür. Təlim zamanı yanğınsöndürmə balonları, tərkibində mövcud olan maye və maddələrin növü və xüsusi kəsici alətlər haqda məlumatı əks etdirən əyani vəsaitlər iştirakçıların nəzərinə çatdırılacaq. Praktiki təlim zamanı iştirakçılar yaranmış yanğını müvafiq balonlarla söndürmək prosesini həyata keçirəcək.

İlkin tibbi yardım üzrə təlim

İlk tibbi yardım zamanı hər hansı bir qəza və ya həyati təhlükə yaradan bir vəziyyətdə həkimlərin köməyi təmin edilənə qədər həyatın xilas olunması və ya vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün nəzərdə tutulmuş təlim növüdür.

İlkin hərbi hazırlıq

Teoretik və praktiki təlimdən ibarət olan proses müvafiq silahın konstruksiyası və hissələri haqda məlumatın iştirakçıların nəzərinə çatdırılması üçün nəzərdə tutulmuş təlim növüdür.

Teatr sənəti haqda təlim

Min ildən artıq bir dövr ərzində şəxsiyyətə bir çox cəhətdən təsir edən, böyük tərbiyəvi rol oynayan və bununla da cəmiyyətdə həyat üçün zəruri olan keyfiyyətlərin formalaşmasına töhfə verən, Gənclərin özünüifadə, cəmiyyətlə sağlam və ahəngdar yaşamaq istəyi, həyata yaradıcı münasibətinə, özünəinamına töhfə verən fəaliyyət formalarından biri olan teatr sənəti haqda təlim.

Skautinq

Skautun məqsədi gənclərin özünə, başqa insanlara və təbiətə hörmət etmələrini, sosial məsuliyyətlərini dərk etmələrini və cəmiyyətə töhfə vermələrini təmin etməkdir. Skaut müxtəlif tədbirlər və proqramlar təklif edir. Bunlara düşərgə, gəzinti, təbiət gəzintiləri, elmi tədqiqat layihələri və sosial layihələr daxildir. Skautun proqramları gənclərdə fiziki aktivlik, liderlik bacarıqları, öyrənmə bacarıqları,sosial məsuliyyət və təbiətə sevgi kimi keyfiyyətləri inkişaf etdirmək məqsədi daşımaqla yanaşı gənclərin sosial, mədəni və fiziki inkişafına töhfə verir. Skaut proqramları cəmiyyətə töhfə verməyə və sosial məsuliyyətlərini dərk etməyə təşviq edir.

Nailiyyət kitabçası

Həm xatirələr topla, həm nailiyyətlər qazan!

"GəncFest"ə qoşulan gənclər əvvəlcədən müəyyən edilmiş təlimləri uğurla tamamlayaraq müvafiq möhürləri toplayıb, öz nalliyyət kitabçalarını xoş xatirəyə çevirə bilərlər.

Sertifikat

Bu sertifikat əvvəlcədən müəyyən edilmiş təlim proqramlarını uğurla başa vurmuş və nailiyyət kitabçasında həmin təlimlərə müvafiq möhürləri toplamış şəxslərə verilir.

MUSİQİ VƏ ƏYLƏNCƏ

Festivalda təlimlərlə yanaşı hər günün sonunda tədbirə daha da rəng qatacaq musiqili əyləncə proqramı təşkil ediləcək. Gənclər günün əsas hissəsni başa vurduqdan sonra bu partilərdə əylənə və günü ən yüksək əhvalda başa vura biləcəklər.

GəncFest 2023 © Bütün hüquqlar qorunur